Ana dili uğrunda həbs edilən Tövhid Əmir Əminiyə azadlıq tələbilə 10 mindən çox twit paylaşıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dili uğrunda çalışdığı üçün həbs etdiyi Tövhid Əmir Əminiyə azadlıq tələbilə twitterdə 10 mindən çox twit paylaşılıb

Azərbaycanlı fəallar paylaşılan twitlərin şəkillərindən videoçarx şəklində hazırlayıb yaymışlar.

 Fəallar bu videoçarxı sosial şəbəkələrdə yaymaqla Azərbaycanın vətəndaş cəmiyyətindən və dünya ictimaiyyətindən Güney Azərbaycanda baş verən insan hüquqları pozuntularına, eləcə də ana dili uğrunda fəaliyyət göstərənlərin vəziyyətinə etinasız qalmamalarını tələb etdilər.

Qeyd edək ki,  irqçi fars rejim heç bir günahı olmayan azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani 14 il həbsə məhkum edib

Rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsinin rəisi hakim İman Əfşar bu barədə qərar çıxarmışdı.

Azərbaycanlı fəallar DünyaAna Dili Günü ərəfəsində Tehranda vərəqələr yayaraq Ana Dili Gününü bu önəmli günü təbrik etdikləri üçün yaxlanılıb və Evin zindanına salınmışdılar. İndi isə həmin azərbaycanlı fəallar belə təqdirə layiq əməllərinə görə irqçi və antiinsani fars rejimi tərəfindən 14 il həbsə məhkum ediliblər.

Azərbaycanlı fəallar təbrikə görə şərlənərək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparma”da ittiham olunublar. Tohid Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə isə 1.5 il azadlıqdan məhrum edilib. Kiyanuş Aslani isə birinci ittihama görə 5 il həbs cəzasına məhkum olunub, o ikinci ittihamdan bəraət qazanıb. Beləliklə, Tohid Əmir Əmini 9 il, Kiyanuş Aslani isə 5 il və toplam olaraq 14 il həbs cəzasına məhkum ediliblər.

Həbsdən əlavə, hökmə əsasən Kiyanuş Aslaninin ictimai hüquqlarına məhdudiyyət qoyulub, o iki il müddətinə heç bir qrupa üzv ola bilməz.

Hakim İman Əfşar hökmü açıqlayarkən Kiyanuş Aslaniyə xitabən gülərək bildirib ki, “sizin barənizdə belə bir hökmün çıxarılacağını özüm də düşünməmişdim.”

https://www.facebook.com/100016032637917/videos/vb.100016032637917/754421671768914/?type=2&theater&notif_t=video_processed&notif_id=1596956045577747

https://www.facebook.com/100016032637917/videos/754421671768914/

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın