Çərşənbə , Sentyabr 23 2026
azfa

Türkiyə Liviyada hərbi dəniz bazası yaradacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Liviyanın Misrata şəhərində hərbi dəniz bazası yaradacaq.

Ötən gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Liviya səfəri çərçivəsində Qətərin Müdafiə naziri Xalid bin Məhəmməd əl-Ətiyyə ilə, Liviya Müdafiə nazirinin müavini Səlahəddin Nəmruşla görüşüb.

Görüş çərçivəsində Türkiyə, Qətər və Liviya bir neçə hərbi müqavilələr imzalayıb.

Razılaşmaya əsasən Qətər qurulacaq hərbi təlim mərkəzlərini maliyyələşdirəcək. Bundan başqa, Misratada üçtərəfli koordinasiya mərkəzi qurulacaq və Türkiyə bölgədə hərbi dəniz bazası yaradacaq.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

Bir cavab yazın