Türk ordusu Afrində 69 kənddən terrorçuları geri oturdub

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Silahı Qüvvələrinin dəstəyi ilə Afrin əməliyyatına başlayan Azad Suriya Ordusu qüvvələri PYD ilə qarşıdurma zamanı Şengel kəndini ələ keçirib. Şengel Türkiyə sərhədini keçdikdən sonrda ilk kənddir.

“Star” qəzetinin yaydığı məlumata görə, Azad Suriya Ordusu terrorçu YPG-nin nəzarətində olan dörd kəndi – Azman, Şengel, Adamanlı, Balinlini ələ keçirdiyini açıqlayıb.

“Hürriyyət” qəzeti hərbi mənbələrə istinadən, türk ordusunun Afrinin içərilərinə doğru təxminən 5 kilometr məsafə qət etdiyini, terrorçulardan azad edilən kəndlərin sayının 9-a çatdığını açıqlayıb.

Türkiyə ordusu və Azad Suriya Ordusu “Zeytun Budağı” əməliyyatının ilk 48 saatında 69 kəndə daxil olub.

Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Əməliyyatın planlanandan daha sürətli reallaşdırıldığını bildirilib:

“Afrinə daxil olan Raco, Şedia və Surki bölgələrində qarşıdurma şiddətlənib. PKK-nın nəzarətindəki 21 nöqtə istifadəsiz hala gəlib. Afrinə 9 istiqamətdə başladılan hücum nəticəsində PKK-nın nəzarətindəki 69 kəndə türk ordusu daxil olub. Bu kəndlərdən 11-i PKK-dan tamamən təmizlənib. Hücum nəticəsində PKK-YPG qüvvələri 7 kilometr geri çəkilib”.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın