Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Kürd terrorçuları Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıblar, ölən və yaralanan var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki bir iş yerinə düşüb.

Nəticədə 2-i ağır olmaqla, 32 nəfər yaralanıb. İş yeri yaxınlığında bir avtomobildə olan suriyalı mühacir isə ölüb.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu terrorçu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. Suriyada “Fərat” qalxanı əməliyyatı çərçivəsində azad edilmiş bölgədən də Afrinə müxalif Azad Suriya ordusunun hücumu başlayıb. Azad Suriya Ordusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir. Gün ərzində 3 kənd terrorçulardan təmizlənib.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın