Cümə , Sentyabr 25 2026
azfa

Türkiyə terrorla mübarizəsinə yardım üçün Somaliyə 12 zirehli texnika göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Somalinin terror təşkilatı əş-Şababla mübarizəsini dəstəkləmək üçün 12 zirehli texnika göndərib.

Somalinin paytaxtı Moqadişuya gələn 12 zirehli texnika mərasimlə səlahiyyətlilərə təhvil verilib.

Mərasimdə Türkiyənin Moqadişudakı səfiri Mehmet Yılmaz, Somalinin Müdafiə naziri Həsən Əli Məhəmməd, Somalinin Baş Qərargah rəisi Yusuf Odava Rageh və çox sayda adam iştirak edib.

Səfir Yılmaz verdiyi açıqlamada Türkiyənin Somalini hər sahədə dəstəkləməyə davam edəcəyini söyləyib.

Müdafiə naziri Məhəmməd də Türkiyədən gələn texnikanın əş-Şababa qarşı əməliyyata kömək edəcəyini vurğulayıb.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

Bir cavab yazın