Azərbaycan ərzilərinə yerləşdirmək üçün Livandan Ermənistana 800-dən çox erməni gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistana 800-dən çox Livan ermənisi gətirilib.

Bunu Ermənistanın Diaspora İşləri komissarı Zare Sinanyan deyib.

“Bu axın davam edir. Hazırda həftədə iki dəfə Livandan Ermənistana reyslər icra edilir. Bütün təyyarələr dolub”, – deyə o bildirib.

Sinanyan Ermənistana gətirilənlər arasında həmçinin dövlət yardımına ehtiyacı olmayanların da yer aldığını söyləyib:

“Livandakı bütün ermənilər Ermənistanda qalmaq istəmir. Biz onları ölkəyə gəlməyə məcbur etmirik”.

Qeyd edək ki, işğalçı Ermənistan Livandan, Suriyadan və digər ölkələrdən gətirdikləri ermənilər qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirirlər.

Həmçinin yoxlayın

İran zindanlarında anti-sanitar şəraitə görə məhbuslar əziyyət çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə olan siyasi məhbuslardan birinin …

Tehranda Azərbaycan səfirliyinin yeri dəyişdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən ilin yanvar ayında Azərbaycan səfirliyinə qarşı törədilmiş …

Bir cavab yazın