Süngün Mis Mədəninin Qaradağ meşələrini məhv etdiyinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan mədənlərini talayıb, ətraf mühiti korlamasına azərbaycanlı millət vəkillərindən də etiraz edənlər var.

Güney Azərbaycanın Vərziğan bölgəsinin məclisdəki millət vəkili Allahverdi Dehqani Süngün Mis Mədəninin ətraf mühitə ciddi ziyanlar vurduğunu bildirib. O deyib ki, bu mədənin fəaliyyəti Qaradağ meşələri üçün ciddi təhlükə yaradıb.

Dehqani deyib: “Mədənin ətraf mühiti çirkləndirməsi nəticəsində Qaradağ meşələri 100 il ərzində tamamilə məhv olacaq, halbuki Ətraf Mühitin Mühafizəsi idarəsi Süngün mədənini ətraf mühitə ziyan vuran müəssisələrin siyahısından çıxarıb.”.

Azərbaycanlı millət vəkili həmçinin İranın Ətraf Mühitin Mühafizəsi İdarəsini tənqid edib. Dehqan deyib ki, Süngün mədəninin buraxdığı zəhərli maddələrin nəticəsində məntəqədəki torpaq və yeraltı suları, eləcə də ətraf mühiti təhlükəli maddələrlə çirkləndirilib.

Dehqan həmçinin deyib: “Mədənin tozu meşələrdəki ağacların yarpaqlarına çökür, onların tənəffüs yolunu bağlayaraq tədricən məhv edir”.

Dehqani mədənin 12-14 min milyard tümənlik gəlirindən bir hissəsinin Qaradağ meşələrinin qorunması üçün ayrılmasını tələb edib.

O həmçinin deyib ki, Süngün mədənində fəaliyyət göstərən müəssisənin məhkəmə tərəfindən 78 milyard tümən cəriməyə məhkum edilib və bu cərimənin 40 milyard tüməni dövlət xəzinəsinə ödənilib. O ödənilən məbləğdən meşələrin bərpası üçün heç bir vəsait ayrılmadığını bildirib: “Ümid edirik ki, mədənin dövlət xəzinəsinə olan 20 milyard borcu Qaradağ meşələri üçün sərf edilər”.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın