Bazar , Sentyabr 27 2026
azfa

Tövhid Əmirəminiyə qarşı ədalətsiz uzun müddətli həbs 2 il 6 ay azaldıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə olan azərbaycanlı milli-mədəni fəal Tövhid Əmirəmininin heç bir günahı olmadan məhkum edildiyi 7 il 6 ay həbsə müddəti 5 ilə endirilib.

Rejimin məhkəmə rəsmilərinin sözlərinə görə, bu qərar “həbs müddətinin azaldılması qanunu” çərçivəsində qəbul edilib.

Hazırda azərbaycanlı fəal təxminən həbs müddətinin 21 ayını zindanda keçirib. Koronavirusa görə məhkumların məzuniyyətə buraxılmasına rəğmən, Tövhid Əmirəminiyə bu hüquqdan istifadə etməyə icazə verilməyib.

Qeyd edək ki, Tövhid Əmirəmini və Kiyanuş Aslani 2019-cu il fevralın 20-də Tehranda poster payladıqları üçün saxlanılıb. Fəal uzun müddət təkadamlıq kamerada işgəncə edilib.

Fəallar Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində  “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları üzrə mühakimə olunub.

Tövhid Əmirəmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə 18 ay həbs cəzasına məhkum edilib. İkinci ittihamdan bəraət qazanan Kiyanuş Aslani isə birinci ittihama görə 5 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın