Cümə axşamı , İyul 30 2026
azfa

Molla rejimi Qorqan şəhərində 19 yaşlı türkmən gənci işgəncə altında öldürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qorqan şəhərinin məmurları məişət problemləri zəminində qarşıdurma ittiham edilərək həbs olunan Məhəmməd Döcini noyabrın 18-i səhər saatlarında işkəncə altında öldürüblər.

Qorqanın Əmirabad zindanında məmurlar Məhəmməd Döcini soyunduraraq kameranın tavanından asıblar. Soyuq havada onun üstünə su töküb və etiraf almaq məqsədi ilə döyüblər. Nəticədə soyuq və ağır işgəncələr nəticəsində gənc həyatını itirib.

Rejimin məmurlarının türkmən gənci başqa məhbusların gözü qarşısında işgəncə etdiyi bildirilir.

Bu qətldən sonra zindan rəhbərliyi məhbuslara qarşı daha sərt məhdudiyyətlər tətbiq edib. Məhkumluq dövrünü başa çatmış məhbusların zindandan çıxmasına icazə verilməyib.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …

Bir cavab yazın