Çərşənbə axşamı , May 7 2024
azfa

BMT Fransanın irqçi mahiyyətli qətnaməsini pislədi

Press Conference of Emmanuel Macron President of the French Republic, Italy-France Summit in Naples, February on 27,2020 (Photo by Paolo Manzo/NurPhoto via Getty Images)

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransada təhlükəsizliklə bağlı qəbul edilən qətnamənin Afrika əsillilər və digər milli azlıqlar üçün mənfi təsirləri ola bilər.

Bu sözləri BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet deyib.

M.Baçelet yeni qanunun 24-cü maddəsini sərt tənqid edərək, burada müsəlmanların hədəf alınacağından ehtiyatlandığını dilə gətirib:

“Fransada uzun zamandır ki, hüquq-mühafizə orqanlarında irqçiliyin və bu yöndə təcrid edilmənin şahidi oluruq. Bu vəziyyətə təcili müdaxilə edilməlidir”.

Qeyd edək ki, Fransa Milli Məclisində qəbul edilmiş təhlükəsizlik qətnaməsinə görə, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların şəxsiyyətini müəyyənləşdirən foto və video görüntülərin yayımlanması qadağan edilib. Yeni qanuna riayət etməyənləri 1 il həbs və 45 min avro cərimə cəzası gözləyir.

Həmçinin yoxlayın

İranın Ermənistana Azərbaycana qarşı dron əleyhinə silah hədiyyə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son bir ay ərzində İrandan Ermənistana silah göndərilərkən …

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Bir cavab yazın