Bazar , Noyabr 15 2026
azfa

Türkiyənin pilotsuz yerüstü döyüş vasitəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  “Havelsan” şirkəti Türkiyə Silahlı Qüvvələri üçün yaratdığı pilotsuz yerüstü döyüş vasitəsini təqdim edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, döyüş vasitələri ilin sonuna kimi tamamilə hazır olacaq. Döyüş vasitəsi yüksüz 450, tam təchiz olunmuş halda isə 650 kiloqram çəkidə olur. Avtonom sürmə qabiliyyətinə sahib olan vasitə uzaqdan idarə olunan 7.62 mm-lik silah sisteminə də malikdir.

Bundan başqa, KBRN (kimyəvi, bioloji, radioloji, nüvə) silah sensoru ilə təhlükəni aşkar edə bilir. Vasitənin üzərində bir robot qol da var.

Döyüş vasitəsi hər cür hava şəraitində uğurla sınaqdan keçib. Bildirilir ki, döyüş vasitəsi terrorla mübarizə və digər əməliyyatlarda Türkiyə ordusuna böyük köməklik göstərəcək.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın