Çərşənbə , Sentyabr 23 2026
azfa

“Urmiya gölünü qurtaraq” kampaniyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünü qurtarmaq məqsədilə “Urmiya gölünü qurtaraq” kampaniyası keçirilir. Bir qrup azərbaycanlı ətraf mühit fəalları irqçi fars rejimini Urmiya gölünü qurutma əzmindən çəkindirmək məqsədilə yeni kampaniyaya başlayıblar. “Urmiya gölünü qurtaraq” kampaniyasında toplanan imzalar İranın fars rejiminin rəhbərliyinə göndəriləcək.

Urmiya gölünün qurtarılmasını istəyənlər Teleqramda “@UrmiaLakeCampaignBot” adresinə müraciət edərək kampaniyaya qoşula bilərlər.

“Urmiya gölünü qurtaraq” kampaniyasına qoşulanların sayı sürətlə artır.

Qeyd edək ki, irqçi fars rejimi Güney Azərbaycanı xarabaya çevirməklə Azərbaycan türklərini məhv etmək məqsədilə qəsdən Urmiya gölünü qurudub. Azərbaycanlı milli-mədəni fəalların son onillikdə davamlı etirazlarına baxmayaraq, rejim Azərbaycan türk millətinə yalan vədlər verir və Urmiya gölünü qurutmaqda davam edir.

 

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

Bir cavab yazın