Bazar ertəsi , May 20 2024
azfa

Moskva bəyanatından sonra yeni xəritə yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan və Azərbaycan münasibətlərin sərhədlərini müəyyənləşdiriblər. Qarabağ münaqişəsi isə ölkə liderlərinin müzakirəsindən kənarda qalıb.

Bu barədə “Kommersant” qəzetinin məqaləsində qeyd edilib.

Qəzet yazır ki, 11 yanvarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən görüşü Bakıda və İrəvanda tam fərqli qiymətləndirilib:

“Bakı danışıqları uğurlu sayır, İrəvan isə Paşinyanı günahlandırmaqdan əl çəkmir. Bəyanatda üç ölkənin baş nazir müavinlərinin başçılıq etdiyi işçi qrupunun yaradılması barədə razılıq əldə edilib və bu, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğul olacaq.

Söhbət iki əsas istiqamətdən gedir. Birincisi, bu, Ermənistanın Sünik vilayətindən keçib Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizdir. İkincisi isə İrəvandan Sünik bölgəsinə çəkilən dəmiryoludur ki, bu da Naxçıvandan keçəcək. Hər iki marşrut sovet dövründə fəal istifadə olunsa da, Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə fəaliyyətini dayandırdı.

Həmin nəqliyyat yollarının bağlanmasına görə vaxtilə Rusiya da zərər çəkib. Gürcüstan-Abxaziya münaqişəsi nəticəsində Rusiya-Gürcüstan qatarlarının hərəkəti dayandırıldı və Ermənistan əsas müttəfiqinə gedən etibarlı yolu, Rusiya isə Türkiyənin dəmiryolları ilə əlaqəsini itirdi.

Yanvarın 11-də Moskvada imzalanmış sənəd nəzəri cəhətdən hər üç tərəfi qane etməlidir: Azərbaycana Naxçıvan və Türkiyə, Rusiyaya Türkiyə və Ermənistan, Ermənistana isə Rusiya və İranla yol lazımdır. Danışıqların yekununda İlham Əliyev özünü de-fakto qalib kimi hiss edirdi. Nikol Paşinyan isə çıxışında əldə olunan nailiyyətlərə deyil, həll olunmamış məsələlərə – ilk növbədə, Bakının Dağlıq Qarabağın statusunu müzakirə etmək istəməməsinə, həmçinin hərbi əsirlərin taleyinə diqqət çəkdi”.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …