Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı ərəb və bəluç fəalların edamı ilə bağlı İrana xəbərdarlıq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İran rejiminə 4 ərəb və 4 bəluç fəalı edama məhkum etməsilə bağlı xəbərdarlıq edib.

Təşkilat İranın son iki ayda etnik azlıqlara mənsub fəalları edam etməsindən narahatlığını bildirərək, 4 bəluç və 4 ərəbi fəalının edamını dərhal dayandırmağı tələb edib.

Beynəlxalq Əfv Təşkilatı Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi də daxil olmaqla beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını həmin fəalların həyatını qurtarmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı da son vaxtlar İranda siyasi məhbusların, xüsusilə etniklərə aid fəalların edam edilməsi ilə bağlı narahatlığını bildirmişdir.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …