Cəbrayılda olan Böyük Britaniyanın Azərbaycandakı səfiri: “Dağıntının miqyası böyükdür”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda diplomatik korpus nümayəndələri ilə birgə Cəbrayıl rayonunda səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib: “Bu, mənim Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bölgəyə ilk səfərimdir. Buranı görmək mənim üçün maraqlıdır. Kənardan baxdıqda bura  kiçik bir şəhərə bənzəyir. Lakin yaxınlaşdıqda gördük ki, bura tamamilə dağıdılıb və ruhlar şəhəri olub”.

O qeyd edib ki, burada dağıntının miqyası böyükdür.

Səfir həmçinin Britaniya şirkətlərinin Azərbaycana işğaldan azad olunmuş ərazilərində aparılacaq quruculuq işlərinə cəlb olunmasından da danışıb: “Qarşıda görüləcək çox işlər var. Bu ərazilərin vəziyyəti öyrənilməli, minalardan təmizlənməlidir. Daha sonra işğaldan azad olunmuş ərazilər Britaniya şirkətləri burada bərpa olunan enerji, kənd təsərrüfatı, turizm baxımından maraqlı ola bilər”.

Həmçinin yoxlayın

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …

Molla rejimi Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir

GADTB: İrqçi fars-molla rejimi məmurlrı Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir. Son həftə …