Cümə , Sentyabr 25 2026
azfa

Türkiyənin Bayraqdar PUA-sı aviasiya tarixində rekor qırdı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə istehsalı “Bayraqdar TB2” pilotsuz uçuş aparatı 300 min uçuş saatını geridə qoyub.

Bu barədə “Bayraqdar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar Tvitter hesabında paylaşım edib.

Səlcuq Bayraqdarın paylaşımında pilotsuz uçuş aparatının bu günə qədər istifadə olunduğu əməliyyatlardan, o cümlədən Vətən müharibəsində qeydə alınan görüntülərdən istifadə olunub.

Qeyd edək ki, Türkiyə istehsalı “Bayraqdar TB2” pilotsuz uçuş aparatı 300 min uçuş saatını geridə qoymaqla qardaş ölkənin havada ən uzun müddət xidmət aparan milli texnikası olub və bu baxımdan aviasiya tarixində rekorda imza atıb.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …