6-8 aprel təlimi Türkiyənin Azərbaycanın yanındayam mesajıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri keçiriləcək. Təlimlər plan əsasında olsa da, vaxtı diqqət çəkir: 6-8 aprel.

Bu tarixdə Nikol Paşinyan Moskvada Putinlə görüşəcək (7 apreldə – red.) və mümkündür ki, kommunikasiyanın bərpa edilməsi ilə bağlı razılaşma üzrə rəsmi sənədin imzalanmasına hazırlıq gedir.

Üçtərəfli qrupun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçukun Bakı və İrəvana səfəri, ardınca Əliyevlə Putinin telefon danışığı da prosesin bu yöndə olduğu ehtimalını gücləndirir.

Azərbaycanla Türkiyə masada danışıqlar getdiyi vaxt poliqonda birgə “əzələ nümayişi” göstərir.

Ən diqqətçəkən məqam təlimlərin Azərbaycan prezidentinin təsdiq etdiyi plan əsasında keçirilməsidir: Ərdoğan bununla “ordumla Əliyevin yanındayam”, Əliyev də “mümkün hərbi addımda türk əsgəri ilə birgə döyüşəcəm” mesajını verir.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …