Çinlə İranın 25 illik müqaviləsi ilə Güney Azərbaycanın qarət edilməsinə start verilir

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranla Çin arasında müstəmləkəçilik xarakteri daşıyan 25 illik müqavilədən sonra Güney Azərbaycan mədənlərinin Çin tərəfindən qarətinə start verilir.

“Sarabnews”  saytının yaydığı məlumata görə Çindən olan bir qrup iş adamı və mütəxəssis Qərbi Azərbaycan vilayətinə səfər etdikdən sonra Şərqi Azərbaycanın Sarab şəhərinə gediblər.

Çinlilərin qarət etmək üçün bölgədə yerləşən yeraltı qaynaqların həcmini öyrənməyə çalışdığı bildirilir.

“Sarabnews” saytı yazıb ki, “Çindən olan və başqa şəhərlərdə də kapital yatıran bir qrup iş adamı, bu bölgədə investisiya imkanlarının dəyərləndirilməsi üçün Urmiyadan olan mütəxəssislərlə birgə bölgəyə səfər ediblər”.

Çinlilərin Sarab bölgəsi, xüsusilə Bozquş dağında yerləşən mədənlərin istismarı ilə bağlı müzakirələr apardığı bildirilir.

Cari il aprelin 6-da Tehranın Sənaye, Ticarət və Mədən Palatasının katibi Şəhram Şəriəti mətbuata verdiyi açıqlamada bildirmişdi ki, Çinlə İran arasında bağlanan müqavilədə mədənlərin, özəlliklə qızıl yataqlarının istismarı barədə razılıq əldə edilib.

Şəhram Şəriəti etiraf etmişdi ki, “çinlilər ölkə mədənlərinin istismarında çoxdan iştirak edirlər. Ancaq qızıl yataqlarının istismarının çinlilərin əlində olması barədə məlumatlardan yalnız dövlət xəbərdardır”.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …