İranın ETTELAAT məmurları Təbrizdə azərbaycanlı milli-mədəni fəalı döyüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində irqçi fars rejimin ETTELAAT məmurları aprelin 7-də azərbaycanlı milli-mədəni fəal Səccad Sidqini yaxalayaraq terrorçu Sepahın təcridxanasına köçürüblər.

Azərbaycanlı milli-mədəni fəalın rejimin ETTELAAT məmurlarının telefonla çağırışlarına əhəmiyyət vermədiyi üçün yaxalandığı bildirilir.

Məmurlar Səccad Sidqini terrorçu Sepahın təcridxanada döyüblər. İşgəncə altında sorğu-suala çəkiləndən sonra Təbriz şəhərinin mərkəzi zindanına köçürüblər.

Azərbaycanlı fəal Təbriz zindanında 3 gün saxlanıldıqdan sonra rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 12-ci bölməsi fəalın zaminə buraxılması üçün 100 milyon tümənlik girov təyin edib və həmin məbləğdə girov qpyulandan sonra fəal zaminə buraxılıb.

Qeyd edək ki, Səccad Sidqi 2019-cü ilin noyabr ayında yaxalanaraq iki gün dindirildikdən sonra müvəqqəti buraxılmışdı.

Rejimin təhlükəsizlik məmurları onu telefon zənglərinə cavab vermədiyi təqdirdə həbs edəcəkləri ilə bağlı hədələmişdilər.

Azərbaycanlı fəal bundan öncə isə 2018-ci ilin iyun ayında Babək Qalası Qurultayı zamanı yaxalanmış və 80 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …