Bazar ertəsi , May 11 2026
azfa

İran rejiminin Təbriz bələdiyyəsindəki əlaltıları türk adlarını dəyişməyə davam edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbriz bələdiyyəsindəki əlaltıları şəhərin Küçəbağ məhəlləsində yerləşən Gölbaşı küçəsinin adını farslaşdırıblar.

Rejim Azərbaycan türk millətinə qarşı mənəvi soyqırım siyasətinin davamında küçənin türkcə adını farscaya dəyişdirərək Səreistəxr adlandırıblar. Artıq küçənin adının əks olunduğu tablo da dəyişdirilib.  

Qeyd edək ki, irqçi fars rejim Pəhləvi rejiminin irqçi və Antiazərbaycan siyasətini davam etdirərək, Azərbaycan türk millətini məhv etmək məqsədilə türk mənşəli yer adlarını farslaşdırır.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …