Cümə , Oktyabr 2 2026
azfa

Ərdəbildə azərbaycanlı fəallar Tohid Əmirəmini və Kiyanuş Aslani ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 6-da bir qrup azərbaycanlı milli-mədəni fəalı Ərdəbil şəhərində 20 günlük məzuniyyətə buraxılan azərbaycanlı siyası məhbus Tohid Əmirəmini və Kiyanuş Aslani ilə görüşüblər.

Görüşdə Tohid Əmirəmini azərbaycanlı fəallarla görüşündə yaxalanma, istintaq və zindan şəraitindən danışıb. O deyib ki, “Zindanın dəmir barmaqlıqları inam, cəsarət və bilik qarşısında əriyib yoxa çıxacaq. Tutduğumuz yola inam və sədaqətimiz buna qadirdir”.

Azərbaycanlı siyasi məhbus Kiyanuş Aslani isə deyib ki, bütün çətinliklərə baxmyaraq mübarizə davam etdirilməlidir: “Bütün şəraitlərdə, hətta uzunmüddətli həbslər zamanı belə vaxtımızdan daha səmərəli istifadə edib oxumaq, yazmaq və araşdırmaqla özümüzü və məsələmizi inkişaf etdirməliyik”.

Qeyd edək ki, Tövhid Əmir Əmini və Kiyanuş Aslani 2019-cu il fevralın 20-də Tehranda Beynəlxalq Ana Dili Günündə poster payladıqları üçün yaxalanıb.

Azərbaycanlı fəallar Tehranda rejimin İnqilab Məhkəməsinin 26-cı şöbəsində şərlənərək “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilərək mühakimə edilmişlər.

Tövhid Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə isə 18 ay həbs cəzasına məhkum edilib. İkinci ittihamdan bəraət qazanan Kiyanuş Aslani isə birinci ittihama görə 5 il azadlıqdan məhrum edilib.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

Rejimin Tehrandakı Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə isə “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib. Lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

BMT-nin İran rejiminin nüvə proqramına qarşı sanksiyaları bütün ölkələr üçün məcburidir

GADTB: Böyük Britaniyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Sara Makintaş vurğulayıb ki, İran İslam Respublikasının …

Azərbaycanlı fəal Səhər Məmizadəyə 25 ay 15 gün həbs və 50 şallaq cəzası verilib

GADTB: Ərdəbil sakini olan ictimai fəal Səhər Məmizadə bu şəhərin İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 25 …