İran rejimi Dədə Qorqud kitabının çapına qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Dədə Qorqud kitabının farscaya tərcüməsi və onunla bağlı araşdırma əsərlərinin nəşrinə icazə vermir.

Bir qrup paniranist və antitürk azərilər qrupuna bağlı şəxslər İran Mədəniyyət və Məarif Nazirliyinə müraciət edərək Dədə Qorqud kitabının İranda çap edilməsinə qarşı çıxıblar.

Onlar Dədə Qorqud dastanının guya Orta Asiya türklərinə aid olduğunu iddia edib, Azərbaycanla bağlılığı olmadığı üçün İranda onun çapına icazə verilməməsini tələb ediblər.

Bu uydurma bəhanə ilə irqçi fars rejim Dədə Qorqud kitabının farsca tərcüməsi və onunla bağlı araşdırma əsərlərinin nəşrinə icazə verməyib.

Dədə Qorqud əsərinin araşdırmacısı və nəşriyyatçı Nasir Nəssaci özünün twitter səhifəsində bununla bağlı yazıb: “Bu barədə gəzən söz-söhbətlər mənə sübut olundu. Dədə Qorqud dastanının Azərbaycan türklərinə aid olduğu nəzəriyyəsini gücləndirən antropologiya sahəsindəki tətqiqat kitabımı İranın Mədəniyyət və Məarif Nazirliyinə verdikdən 24 saat sonra mənə bu kitabın nəşrinə icazə verilmədiyini bildirdilər”.

UNESCO-nun qeyri-maddi və mənəvi irs siyahısına salınmış Dədə Qorqud kimi bir əsərin çapına qadağa qoyulması ancaq İran kimi şovinistlərin idarə etdiyi rejimdə baş verə bilər.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …