Cümə , Sentyabr 25 2026
azfa

İran rejiminin Süngün mis mədənini talaması ekoloji fəlakətə səbəb olub – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın Süngün mis mədənini müstəmləkəçi kimi talaması bölgədə ekoloji fəlakətə yol açıb.

Həmin mis mədənindən misin qeyri-standart şəkildə çıxarılıb, talanması nəticəsində zəhərli çirkab suyu İlqına çayına buraxılıb və nəticədə çayın rəngi dəyişib.

Zəhərli tullantılar ətraf mühitə, əkinçilik sahələrinə, meşələrə ciddi ziyan vurmaqla yanaşı, İlqına çayında yaşayan canlıların kökünün kəsilməsinə səbəb olub.

Bu ilin mart ayında və ötən ilin iyul ayında da İlqınaçayın rəngi bir neçə həftəliyinə dəyişmişdi. Götürülən nümunələrin incələnməsi nəticəsində məlum olmuşdu ki, çayda zəhərli tullantıların miqdarı həddindən çoxdur. Əvvəllər çox sayda balıqların yaşadığı göldə mis mədəni çıxarılandan sonra balıqlar hamısı zəhərlənib öldü və hazırda çayda heç bir canlı yaşamır.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycanın sərvətlərini müstəmləkəçi şəklində talayıb, Azərbaycanın ətraf mühitini körlamaqla ekoloji fəlakətə səbəb olur.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …