Bütün hüquqlrından məhrum edilən Abbas Lisani aclıq aksiyasına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil zindanında həbsdə saxlanılan tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisanini bütün hüquqlarından məhrum edildiyi və mülaicəsinə imkan verilmdiyi üçün aclıq aksiyasına başlayır. Eyni zamanda qarşılaşdığı mənəvi təzyiqlər Abbas Lisanidə əsəb gərginliyinə səbəb olub.

Abbas Lisani zindan məsullarının ona qarşı müxtəlif vasitələrlə təzyiq göstərdiyini bildirib. Siyasi məhbusun sözlərinə görə, ağır cinayətə görə məhkum olunan cinayətkarlar qəsdən onun saxlanıldığı kameraya salıblar. Beləliklə, zindan məsulları mənəvi və psixoloji təzyiq göstərməyə çalışırlar.

Azərbaycanlı siyasi məhbus bildirib ki, kamerasına salınan şəxs başqa yerə köçürülməsə, zindan həkimlərinin rəyinə əsasən müalicə olunmaq üçün şəhər xəstəxanalarından birinə göndərilməsə, iyunun 12-si, şənbə günü səhər saatlarından quru aclıq aksiyasına başlayacaq.

O, iyunun 10-u axşam saatlarında ailə üzvləri ilə telefon əlaqəsi zamanı qan təzyiqinin yüksək olduğunu bildirib. Qeyd edək ki, həkimlərin rəyinə əsasən milli fəalın bel fəqərələrinin ekokardioqrafiyası və MRT müayinəsinə ehtiyacı var. Lakin zindan məsulları həkimlərin rəyini qulaqardına vururlar.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisani mayın 25-i səhər saatlarında kəskin bel və diz ağrıları üzündən 12 məmurun müşayiəti ilə Ərdəbil şəhərinin Fatimi xəstəxanasına köçürülmüşdü.

Abbas Lisani həmin xəstəxanada müayinə edilib, ona ağrı kəsici dərmanlar verilib, ağrıların dəqiq mənbəyini öyrənmək üçün MRT-ə ehtiyac olduğu bildirilib.

Abbas Lisani bir müddətdir bel və diz ağrılarından əziyyət çəkir. Həkimlərin dediyinə görə, onun dizinə su yığılır, belində də disk yırtığı var.

Azərbaycanlı siyasi məhbusun belə ciddi xəstəliklərdən zəiyyət çəkməsinə baxmayaraq təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində zindan məsulları onun duruma laqeyd yanaşır, müalicə olunmasına imkan vermirlər.

Bildirək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …