Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Tehranda Qonabadi dərvişləri ilə polis arasında toqquşmada 3 polis öldürüldü-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda “Qonabadi” təriqətinin lideri Nemətullah Reyahinin polis tərəfindən nəzarətə alınmasından sonra iğtişaşlar başlayıb.

Təriqət liderinin tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb. Nəticədə 3 polis əməkdaşı öldürülüb.

Polis Təşkilatının sözçüsü Səid Müntəzirulmehdi nümayişçilərdən birinin avtobusla təhlükəsizlik qüvvələrinin arasına girdiyini və 3 polisi öldürdüyünü təsdiqləyib.

O bildirib ki, 3 polisi öldürən şəxs və onunla əlaqəsi olan 8 nəfər həbs edilib.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …

Bir cavab yazın