Associated Press İranda əhalinin seçki ilə hər hansı dəyişikliyə ümidinin olmadığını yazır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda əhali ölkədəki indiki durumddan dərin narazılıq hissi keçirir.

Əli Xamenei və başqa hökumət rəsmiləri bu həftə keçiriləcək prezident seçkilərində davamlı olaraq insanları iştirak etməyə çağırsalar da, İran əhalisinin bir çoxu ölkədə dəyişikliyin seçki yolundan keçmədiyinə inanır.

“Associated Press”in verdiyi məlumata görə, yalnız çox az sayda əhali seçkilərdə iştirakının ölkəni böhrandan çıxaracağını gözləyir. Bunun əksinə, bir çoxları ya qərarsızdır ya da seçkiləri boykot etmək fikrindədir və hökumətin onların həyatını yaxşılaşdıracağına inanmadıqlarını bildirirlər.

Bir çoxları hesab edir ki, var-dövləti və imkanı olanlar ölkədəki durumun dəyişməsini gözləməyərək, əllərində olan hər şeyi götürüb İranı tərk edirlər. Belə bir acı yanaşma yüz minlərlə iranlını problemli ölkələrini tərk etmək və dünyanın başqa yerlərində özlərinə daha yaxşı həyat qurmaq şansını sınamağa sövq edir.

Bununla belə, “Associated Press”in verdiyi bilgiyə görə, əhalinin ümumi düşüncəsi budur ki, kimin prezident olmasının heç bir önəmi yoxdur, çünki ölkədəki durum həmişə eyni olub. Əhalinin əksəriyyəti ölkədəki durumdan narazıdır və daha yaxşı gələcək üçün çox arzuları var.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …