Bazar ertəsi , Noyabr 16 2026
azfa

Ərsin Tatar: Yunanlar danışıqlar prosesini bombalayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Cənubi Kipr lideri Nikos Anastasiadisin Kiprin türk xalqı ilə bağlı təxribat xarakterli açıqlamaları narahatedicidir.

Bu açıqlama ilə Şimali Kipr Prezidenti Ərsin Tatar çıxış edib.

“Anastasiadisin Türkiyənin Kipri “​mandat dövləti”nə çevirmək istəməsi ilə bağlı iddiaları reallıqdan uzaqdır. Halbuki yunanların Kipri Helenizm mandatlı dövlətə çevirmək istədiklərini görürük. Anastasiadis dialoq yollarını açıq tutmaq əvəzinə türk tərəfinə yalan ittihamlar və təhqiramiz ifadələr səsləndirir. Bununla mümkün danışıqlar prosesini bombalamağa çalışırlar.

Bir daha vurğulayırıq ki, ən real həll yolu – ikidövlətli həll variantına əsaslanır”, – Tatar bildirib.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …