Cümə axşamı , İyun 18 2026
azfa

Azərbaycanlı siyasi məhbusu Salar Tahir Əfşar yenidən zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya zindanından vəsiqə qarşılığında 5 gün müddətinə məzuniyyətə buraxılmış azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşar yenidən zindana qaytarılıb.

Salar Tahir Əfşar iyunun 14-də 300 milyon tümənlik girov qarşılığında 5 gün müddətinə zindandan çıxmışdı. Məzuniyyət müddəti qurtaran siyasi məhbus yenidən zindana salınıb.

Qeyd edək ki, Tahir Əfşar aprelin 19-da atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir il həbs cəzasını çəkmək üçün Urmiya həbsxanasına köçürülmüşdü.

Urmiya sakini olan türk fəal İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqində həbs edilərək ilkin məhkəmə tərəfindən “Sistemə qarşı təbliğat aparmaq” və “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi ona “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamından bəraət qazandıraraq, həbs cəzasını 1 ilə endirib.

Urmiya həbsxanasının gənclər bölməsində saxlanılan Əfşar keçən ay ailəsi ilə telefon danışığı zamanı həbsxananın karantin bölməsinə köçürüldüyünü bildrimişdi. O, mayın 19-da karantin bölməsinə köçürülərək bir həftə sonra təkrar gənclər bölməsinə geri qaytarılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …