Bazar , Sentyabr 27 2026
azfa

Türkiyə yerli koronavirus peyvəndinin adınını “TURKOVAC” adlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.

Prezident Rəcəb Tayyib Ərdoğan könüllülərə yerli aşının üçüncü fazasının ilk dozasının vurulduğu Ankara Şəhər Xəstəxanasındakı mərasimə video-konfrans vasitəsilə qatlıb.

Dövlət başçısı “Ölkəmizi bu pendemiya bəlasından tez zamanda qurtarmaq üçün yerli peyvəndimizin olması böyük əhəmiyyət kəsb edir.  Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq” deyə vurğulayıb.

Prezident Ərdoğan yerli “Covid-19” peyvəndin adının “TURKOVAC” olduğunu da elan edib.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …