
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranb rejimi Türkmən yazıçı və jurnalist Aman Məhəmməd Xocəmli həbs edib.
Türkmən yazıçı Gülüstan əyalətinin (Güney Türkmənistanın) Günbəd şəhərinin 5 saylı məhkəməsinin qərarı ilə zindana salınıb.
Qeyd edək ki, Aman Məhəmməd Xocəmli 9 fevral 2020-ci ildə Günbəd şəhərinin Hallı Axun kəndində evində İran rejiminin təhlükəsizlik məmurları tərəfindən aparılan axtarış zamanı saxlanılmış, sonra girov qarşılığında zaminə buraxılmışdı.
Aman Məhəmməd Xocamlı İranın işğalında olan Güney Türkmənistanda türkmənlərin tanınmış yazıçısı və jurnalistidir. Onun yazıları ilə yerli mətbuatda, saytlarda və sosial mediada türkmənlərin hüquqlarını müdafiə edir.
O, İrandakı rejimi tənqid edən yazılar yazıb türkmənlərin problemlərini ardıcıl olaraq işıqlandırdığı üçün bundan öncə də dəfələrlə rejimin təhlükəsizlik orqanları tərəfindən hədələnib.
Hazırda türkmən fəal şərlənərək “Yalan məlumat yaymaq” və “İctimai rəyi təhrik etmək”də ittiham edilib.
Onun girov qarşılığında zaminə buraxılması barədə verilən vəsatətlər nəticəsiz qalıb və o yenidən həbs edilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi