
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdəki məhkəmə və prokurorluq məsulları İran rejiminin Təbriz etirazlarında yaxaladığı fəalların hələ həbsdə qalacağını bildiriblər.
24 iyul Təbriz şəhərində əl-Əhvaz etirazlarına dəstək məqsəilə keçirilən etirazlarda yaxalananların ailə üzvlərinin müraciətlərinə cavab olaraq rejimin məhkəmə məsulları, o cümlədən Dövlət və İnqilab Prokurorluğunun 15 -ci bölməsinin müstəntiqi bildirib ki, “Onlar hələlik buraxılmayacaq, barələrində verilən qərar yaxın günlərdə elan olunacaq”.
Yaxalanan Nadir Sadiqian, Yusif Sələhşur, Vəhid Əbhəri, Məhəmməd Mərdi, Şahin Bərzgər, Rza Şəhrivər, Məhəmməd Kazimi, Əmir Səttari Rəuf və Müctəba Əbdülinin ailələri onların vəziyyətindən xəbərsiz olduqlarını bildirirlər. Məhkəmə və prokurorluq orqanlarının qeyri-müəyyən cavabı onların nigəranlıqlarını dahada artırıb. Qeyd edək ki, iyulun 24-də keçirilən etirazlarda və ondan öncə və sonra irqçi fars rejim Təbrizdə çox saylı azərbaycanlı fəalı yaxalamışdı. Onların bir sırası zaminə buraxılıb. Qalanları isə hələ həbsdə saxlanılır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi