Sulduzlu milli fəallardan mühacir kürdlərə xəbərdarlıq: “Bu torpaqdan pay olaz”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində azərbaycanlı milli fəalları şəhərdə yaşayan mühacir kürdlərə Azərbaycanın ərazi bütövlüyünə qəsdlə bağlı xəbərdarlıq etdilər.

Bu məqsədlə azərbaycanlı faəllar şəhərin hər yerində paylayıb, divarlara yapışdırdığı kartlarda kürdləri şəhərdə birgəyaşayış qaydalarına riayət etməyə, qarşılıqlı hörmət və dinc yaşamağa dəvət ediblər.

Azərbaycanlı fəallar “Bu torpaqdan pay olmaz” və “Ya sev ya tərk et” şüarları yazılmış kartları yaymaq, eləcə də divarlara yapışdırmaqla öz tələblərini irəli sürüb və kürdlərə dağıdıcı əməllərinə görə xəbərdarlıq ediblər.

Qeyd edək ki, avqustun 7-də şəxsi zəmində bir kürd terrorçunun ölümünü bəhanə edən kürd terror təşkilatları Sulduzda iğtişaş törətmişlər. Lakin əhali onlara sərt reaksiya vermişdir.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …