Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Çin uyğur türklərini həbs etmək üçün Dubayda gizli zindan saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin kommunist rejiminin uyğur türklərini həbs etmək üçün Dubayda gizli zindan saxladığı üzə çıxıb.

Bu barədə bir çinli xanım “Associated Press” agentliyi ilə müsahibəsində faktları açıqlayıb.

26 yaşlı Vu Huan adlı qadın bildirib ki, o, bir neçə günlük iki uyğur türkü ilə birlikdə Dubayda yerləşən Çin hökumətinin gizli zindanında həbsdə saxlanılıb.

Huanın sözlərinə görə, sorğu-sual edildiyi zindanda azı iki uyğur türkünün də həbsdə olduğunu görüb.

O bildirib ki, nişanlısı Çin hökumətinə qarşı müxalif mövqedədir və Dubaydan qaçmalı olub. Buna görə Çin hökuməti Vu Huanı tutaraq Dubayda bir neçə günlük gizli həbsxanada saxlayıb, istintaq zamanı onu təhdid edərək öz əleyhinə olan sənədlərə imza çəkməsini tələb ediblər.

Qeyd edək ki, Çin hökuməti Şərqi Türküstanda uyğurları həbs etmək və onlara işgəncə vermək üçün gizli zindanlarının olması barədə öncələr də xəbərlər yayılıb. Ancaq bu, Çinin xarici ölkələrdə də gizli zindanlarının olması ilə bağlı ilk fakt sayılır.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …