Həbs müddətini çəkən Şiri qardaşları azadlığa çıəxdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən olan azərbaycanlı fəallar Davud və Əyyub Şiri qardaşları avqustun 23-də həbslərin çəkdikləri üçün Təbriz zindanından azadlığa buraxılıblar.

Azərbaycanlı fəalların istintaq müddətində təcridxanada saxlanıldığı günlər həbs müddətindən çıxılıb. Onlar həbsdə olduqları zaman barələrində açılmış yeni cinayət işinə görə isə 100 milyon tümənlik vəsiqə girov qoyublar.

Qeyd edək ki, Şiri qardaşları iyun ayının 12-də Təbrizdə Qərarların İcrası İdarəsinə müraciət etdikdən sonra saxlanılaraq Təbriz zindanına aparılıb.

İran rejiminin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsi Əyyub və Davud Şiri barəsində ilkin məhkəmənin çıxardığı 6 ay həbs qərarını qüvvədə saxlamışdı.

Davud Şiri və Əyyub Şiri yanacağın bahalaşmasına qarşı 2019-cu ilin noyabr ayında keçirilən etirazlarında iştirak etmək ittihamı ilə azərbaycanlı milli fəallar Ruzbeh Piri, Məhəmməd Mahmudi, Əkbər Muhaciri, Şahin Bərzgər, Yaşar Piri, Nasir Xülusi, Babək Hüseyni Müqəddəm və … ilə birlikdə Təbrizdə yaxalanmışdılar.

Azərbaycanlı məhbus qardaşlar həbsdə olarkən şərlənərək, iyunun 26-da Əli Musəvinin başçılıq etdiyi Təbrizin 16-cı istintaq idarəsinə aparılaraq orada barələrində irəli sürülmüş yeni ittihamla tanış olublar.

İstintaq şöbəsinə aparılan fəallara qarşı “ölkənin təhlükəsizliyinə qarşı qrup yaratmaq” ittihamı irəli sürülüb. Həbs müddəti bitdiyi üçün sır həmin ittihama görə fəalların hər biri üçün 100 milyon tümən girov qoymaları nəzərdə tutulub.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …