Cümə axşamı , Noyabr 26 2026
azfa

Azərbaycanda bu ildən məktəblərdə “Ortaq türk tarixi” tədris olunacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu ildən Azərbacyan məktəblərində “Ortaq türk tarixi” tədris olunacaq.

Dərsliklər bir neçə dildə Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.

Dərsliklərin Azərbaycanla yanaşı Türkiyə və Qazaxıstanda da tədrisi nəzərdə tutulub.

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında qeyd  olunub.

Sənədə əsasən, VIII (səkkizinci) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə “Ortaq türk tarixi” kursunun tədrisinə həsr olunacaq.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Əli Baqirinin taleyi barədə məlumat verilmir

GADTB: Şəbistərin Nadarlı kəndindən olan gənc Əli Baqiri noyabrın 26-da təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb. …

İran Naxçıvanla sərhədə hərbi texnika yığır

GADTB: Son günlər sosial mediada, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəd istiqamətinə …