Cümə axşamı , Sentyabr 24 2026
azfa

Bayden İranla atom razılaşması baş tutmasa, digər variantları nəzərdən keçirəcəyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Co Bayden İsrailin Baş vəziri Naftali Bennet ilə görüşündə bildirib ki, İranın atom bombası əldə etməsinə icazə verməyəcək.

 Bayden deyib ki, atom anlaşmasının bərpası yönündə aparılan müzakirələrin nəticə verməyəcəyi halda İrana qarşı başqa variantları nəzərdən keçirəcəklər.

O, dünən keçirilmiş görüşdən öncə verdiyi açıqlama da İranla bağlı diplomatiyanın uğursuz olacağı halda digər variantları seçəcəklərini vurğulayıb.

Bennet, Baydenin hər iki fikrindən razı olduğunu deyərək qeyd edib ki, İranın atom bombasına sahib olması bütün dünyanı təhdid edəcək.

Onun sözlərinə görə, İran dünyada bir nömrəli terror ixrac edən ölkə olmaqla yanaşı, dünyada əmin-amanlığı alt-üst edən və insan haqlarını pozan başlıca dövlətdir.

İsrailin Baş deyib: “Biz burda söhbət etdiyimiz bir vaxtda İranın sentrifüqaları Nətənz və Fordu atom təsisatlarında fırlanmaqdadır. Lakin biz onları dayandırmalıyıq və hər iki tərəf bu məsələdə ortaq fikirdədir”.

Bennet qeyd edib ki, Baydenə təqdim etdiyi strategiya İranın məntəqədə təcavüzkar addımlarını dayandırmaq və həmişəlik atom bombası əldə etməsinin qarşısını almaq kimi iki əsas məsələni əhatə edir.

Bennet Baydenlə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada görüşü ümidverici adlandıraraq, vaxtın az olduğunu, İran məsələsinin təcili olduğunu və bunu təxirə salmağın mümkün olmadığını vurğulayıb.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …