Cümə axşamı , Sentyabr 24 2026
azfa

Sulduzda azərbaycanlı milli fəal İsa Yeganə ETTELAAT idarəsinə aparıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal İsa Yeganə dünən səhər tezdən İranın ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Azərbaycanlı fəal ETTELAAT idarəsinin yerli bölməsinə aparılaraq bir neçə saat sorğu-suala tutulduqdan sonra müvəqqəti sərbəst buraxılıb.

İsa Yeganənin Sulduzun Saxsıtəpə kəndində kürd terrorçuları və azərbaycanlı türk fəallar arasında baş verən qarşıdurma ilə bağlı dindirildiyi ehtimal edilir.

Qeyd edək ki, İsa Yeganə nəşrinə qadağa qoyulmuş “Peyame Sulduz” nəşrinin məsuludur. O, “Qarapapaq elinin tarix və mədəniyyətinə bir baxış”, “Nəqədə müharibəsi”, “Nəqədənin turistik bələdçi kitabı” və birinci dünya müharibəsi dövründə Sulduzun durumundan bəhs edən “Dümanlı günlər” kitablarının yazarıdır.

İ.Yeganə həmçinin “Azərbaycanın qısa tarixi” kitabının tərcüməçisidir. O mədəni fəaliyyətlərinə görə, dəfələrlə irqçi fars rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq, təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …