Cümə axşamı , Sentyabr 24 2026
azfa

Ərdoğan Türkiyənin iqtisadiyyatda rekord inkişafından danışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə aylıq, 6 aylıq və illik olaraq Cümhuriyyət tarixində ən yüksək ixracat rəqəmlərinə çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin 28-ci Adi Ümumi Qurultayında və İxracat Çempionları mükafatı mərasimində çıxış edərkən deyib.

O bildirib ki, Türkiyənin illik ixracatı ilk dəfə 200 milyard dolları keçib:

“Sentyabrın 17-dən etibarən Türkiyənin illik ixracatı 211 milyard dollarla rekord qırıb.

İkinci rübdə 21,7 faiz rekord artımla inkişaf edən Türkiyə iqtisadiyyatının bu uğuruna məhsul və xidmət ixracatının qatqısı 10,8 bal oldu. Dünyada Türkiyə iqtisadiyyatının inkişaf göstəricisinə az sayda nümunə mövcuddur”.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …