Şənbə , Sentyabr 26 2026
azfa

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında deyib: “Zəngəzur koridorunun açılıb-açılmaması bir siyasi məsələdir”.

Türkiyə Prezidenti deyib ki, əgər Nikol Paşinyan R.T.Ərdoğanla görüşmək istəyirsə, Ermənistanın müsbət addımlar atması lazımdır: “Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq, bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”.

Ərdoğan bildirib ki, dəhlizin açılmaması siyasi məsələdir: “Tayyib Ərdoğanla görüşmək istəyirsinizsə, burada müəyyən addımlar atılmalıdır. Biz danışıqlara qapalı deyilik. Müzakirəyə başlayarkən müsbət bir yanaşma göstərərək addımlar atmalıdırlar. Əgər Gürcüstan Baş nazirinin dialoq istəyi həqiqətən səmimidirsə, səmimiyyətimi göstərəcəyəm və burada diplomatiyaya başlayacağam. Ümid edirəm ki, burada mənfi deyil, müsbət yanaşma olacaq. İnşallah, Azərbaycanla Ermənistan arasındakı bu problem bu dəhlizlərin açılması ilə aradan qaldırılacaq”.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …