Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Türkiyə qorxusu Yunanıstanla Fransa birləşir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngiltərənin “Ekonomist” nəşri yazıb ki, Fransa və Yunanıstan yeni ittifaq yarada bilmək ümidi ilə hərbi müdafiə sahəsində yaxınlaşır.

 “Bu addımın səbəbi Türkiyə qorxusudur. Yunanıstanın regionla bağlı narahatlığı bütün Avropaya yayılıb. Eyni zamanda, Türkiyənin regional gücə çevrilməsi Avropanı da narahat edir. Yeni əməkdaşlıqların əldə edilməsi də Türkiyəyə olan qorxudan irəli gəlir. Sentyabrın 28-də Yunanıstan Baş naziri Kiryakos Miçotakis Fransa Prezidenti Emmanuel Makronla görüşdə “Tarix bizim birlikdə olmağımızı istəyir. Həmçinin coğrafiyada” ifadəsini işlətdi. Bununla da Aralıq dənizinin şərq hissəsində yaranmış problemlərdən narahat olan hər iki ölkə strateji hərbi müdafiə paktı imzaladı”, – nəşr yazır.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …