İran rejimi azərbaycanlı milli fəal Ulduz Qasımi məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbrizdə azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimini məhkəməyə çağırdı.

İran rejiminin məhkəməsinin elektron sistemi vasitəsilə göndərdiyi bildirişdə ondan istənilib ki, 18 oktyabrda rejimin Təbrizdə Cinayət Məhkəməsinin 112-ci çöbəsinə müraciət etsin.

Rejim azərbaycanlı fəalı şərləyərək, “Qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq və qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək” də ittiham edib.

Qeyd edək kii, Ulduz Qasımi iyulun 24-də Təbrizdə etiraz aksiyası ilə bağlı yaxalanıb. O, iyulun 28-də 100 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …