Cümə axşamı , Oktyabr 1 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi dünən fevral ayının 28-də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən səhər tezdən işə gedərkən Təbriz şəhərindən yaxalanmışdır. Fəalın nə səbəbə görə yaxalandığı hələlik məlum deyildir.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi 2017-ci il avqust ayının 6-da Təbrizin mərkəzi zindanından sərbəst buraxılmışdı. O, irqçi fars rejiminin Təbrizdə İnqilab Məhkəməsinin 3-cü şöbəsində qazı Baqirpur tərəfindən yalan ittihamlar yəni sistem əleyhinə təbliğ və İran rəhbərinə təhqirdə ittiham edilərək, 3 il həbsə məhkum edilmişdir. Əliməhəmmədi 3 illik həbs müddətini zindanda keçirəndən sonra keçən il avqust ayında sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatın;n müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib

GADTB: “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv …

Vərzğanda əhali Həsəno meşələrinin və Ağca Qala tarixi ərazisinin dağıdılmasına etiraz edib

GADTB: Vərzğanın Həsəno bölgəsinin sakinləri qeyri-yerli polad şirkətinin kəşfiyyat fəaliyyəti zamanı mühafizə olunan meşələrin dağıdılmasına, …

Bir cavab yazın