Çərşənbə , May 6 2026
azfa

Türkiyə Krım tatarları üçün ev tikir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Krım tatarları üçün ev tikməsinə toxunaraq deyib ki, Türkiyə və Ukraynanı sıx dostluq əlaqələri birləşdirir. Ölkələrimiz çox məsələlərdə həmrəylik nümayiş etdirirlər.

Onun sözlərinə görə, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı mövqeyi dəyişməz olaraq qalır:

“Ankara “Krım platforması”nı dəstəkləməyə davam edir. Türkiyə Krım tatarlarının haqları ilə bağlı mövzuya xüsusi əhəmiyyət verir. Ukrayna ilin sonuna qədər Türkiyənin dəstəyi ilə Krım tatarları üçün evlərin tikintisinə başlayır”.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …