Azərbaycanlı körpəyə türkcə Huntay adına görə 3 ildir şəxsiyyət vəsiqəsi verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi Güney Azərbaycanın Culfa şəhərindən olan Huntay adı qoyulmuş körpəyə türkcə adına görə şəxsiyyət vəsiqəsi vermir.

3 yaşlı Huntayın anası özünün “İnstaqram” səhifəsində bu barədə paylaşım edib. O, yazıb ki, övladına seçdiyi Huntay adına şəxsiyyət vəsiqəsi almaq üçün mübarizəsini davam etdirəcək: “Bu gün Huntayın 3 yaşı tamam oldu. Ancaq biz hələ də ona sənəd ala bilməmişik. Ancaq bu mübarizəyə davam edəcəyik”.

Qeyd edək ki, İran rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə azərbaycanlı körpələrə türk ad qoyulmasına mane olur. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa belə türk adlarının qoyulduğu uşaqlara şəxsiyyət vəsiqəsi verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, rejimlə mübarizə aparmalı olurlar.

İran rejimi bu yolla azərbaycanlı körpələri bütün səhiyyə və s. xidmətlərdən, o cümlədən vaksinasiyadan da məhrum edir.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …