Türkiyədən “Made in Türkiye” brendi ilə bağlı qərar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ixrac etdiyi məhsullar üçün “Made in Türkiye” ifadəsi işlədiləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar imzalayıb.

Qərarla bundan sonra Türkiyənin ixrac etdiyi məhsullar üçün “Made in Turkey” “Made in Türkiye” ifadəsi ilə əvəzlənib.

Həmçinin yeni qərarla hər cür fəaliyyət və yazışmalarda, dövlətlər, eləcə də beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə “Turkey”, “Turquie”, “Turkei” və buna bənzər ifadələr yerinə “Türkiye” ifadəsinin işlədilməsinə diqqət yetiriləcək.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …