Amerika uyğur türklərinin soyqırımına görə Çində olimpiyadanə boykot edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Co Bayden Çinin uyğur türkləri ilə bağlı insan haqları pozuntuları etdiyini səbəb gətirərək Pekin Qış Olimpiadasına diplomatik boykot düşündüklərini bildirmişdi. Amerikalı idmançılar yarışlara qatılacaq olsalar da, Bayden hökuməti olimpiada oyunlarına diplomatik nümayəndə göndərmək istəmir.

Bu həftə ABŞ prezidentinin bu mövzuda qərarının açıqlaması gözlənilir.

Son vaxtlar həm insan haqları pozuntuları, həm də ABŞ və Çin əlaqələrində Tayvan, Honq Konq və Cənubi Çin dənizi mövzularında yaşanan gərginliklər Amerikanın Pekin Qış Olimpiada Oyunlarını da diplomatik boykot edəcəyi proznoqunu yaradıb.

ABŞ cəbhəsində proseslər bu istiqamətdə sürərkən, Çin tərəfindən də reaksiya gecikməyib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lician siyasətçilərin ikitərəfli əlaqələri zədələməmək üçün diplomatik boykot çağırışından uzaq durmaları lazım olduğunu bildirərək deyib: “ABŞ qərarda israrçı olarsa, ölkəmiz qarşı tədbirlər görməkdən çəkinməyəcək. Çin və Amerika arasında əhəmiyyətli sahələrdəki dialoq və əməkdaşlığa ziyan vurmamaq üçün bu çağırış dayandırılmalıdır.”

Xatırladaq ki, Qış Olimpiada Oyunları 2022-ci ilin 4-20 fevral tarixlərində Çinin paytaxtı Pekində təşkil ediləcək.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …