Cümə , Sentyabr 25 2026
azfa

Əcəbşerdə 21 Azər hərəkatının 76-cı ildönümü anılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərində azərbaycanlı milli-mədəni fəallar 21 Azər hərəkatı və Milli Hökumətin qurulmasının, eləcə də İran rejiminin Güney Azərbaycanlı işğal edərək soyqırım törətməsinin 76-cı ildönümünü şamlar yandırmaqla anıblar.

Azərbaycanlı fəallar Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvərinin Şəkli qarşısında şamlar yandırıb, onun, Xalq Fədai Qoşunlarının şəhid əsgərlərinin və İran rejimi tərəfindən qətliam edilən minlərlə sazərbaycanlının xatirəsini yad ediblər.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı milli fəallar müxtəlif tədbirlərlə 21 Azərin ildönümünü qeyd ediblər.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …