Türk Dövlətləri kosmosda əməkdaşlıq edəcəklər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın paytaxtı Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin kosmik agentlikləri və müvafiq qurumlarının ilk toplantısı keçirilib.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Bakıda təşkil etdiyi toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan rəsmiləri iştirak ediblər.

İclasda TDT üzvlərinin kosmik layihələri ilə bağlı təqdimatlar olub, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Toplantıda Türkiyəni təmsil edən Türkiyə Kosmik Agentliyinin (TUA)  sədri Serdar Hüseyn Yıldırım mətbuata açıqlamasında “Qarşıdan gələn illərdə əhəmiyyəti daha çox anlaşılacaq tarixi bir addım atırıq” deyib.

“Azərkosmos” ASC-nin prezidenti Saməddin Əsədov böyük dövlətlərin kosmosa böyük sərmayələr qoyduğunu xatırladaraq, türk dövlətlərinin də kosmos tədqiqatlarında qüvvələrini birləşdirməli olduğunu vurğulayıb.

TDT baş katibinin müavini Mirvohid Əzimov üzv ölkələrin kosmos sahəsində böyük potensiala malik olduğunu diqqətə çatdırıb.

“Ölkələrin bu potensialdan istifadə etməsi və bir-birinin təcrübəsindən yararlanması kosmik sahədə əməkdaşlıq üçün mühüm infrastruktur təşkil edəcək”-dey M. Əzimov vurğulayıb.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …