Bazar ertəsi , May 6 2024
azfa

İrəvanla separatçılar arasında ilk açıq toqquşma

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın “status Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasına etiraz edib. Deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət obyekti deyil.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, bu, müharibədən sonra separatçılarla İrəvanın açıq müstəvidə ilk qarşıdurmasıdır:

“Separatçı-terrorçu rejim Rusiya sülhməramlılarına bel bağlayır, amma bölgədəki erməni əhalisi üçün əsas dayaq nöqtəsi həmişə Ermənistan olub.

İrəvanın “qarant rolunun” sıradan çıxması ermənilərin seçimini – ya Azərbaycan idarəçiliyi altına yaşamaq, ya da köçmək – sürətləndirə bilər”.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …