Cümə axşamı , Sentyabr 24 2026
azfa

Türkiyədən Cənubi Qafqaza yeni avtomobil tuneli açılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 29-da Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır.

Türkiyənin şərqində açılacaq “Pırınkayalar” tuneli yeni nəqliyyat arteriyasına çevriləcək.

Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək və 2 246 m uzunluğa malikdir.

Açılış mərasiminin iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında müraciət edəcək.

Yeni tunel Türkiyə-Gürcüstan sərhədi istiqamətində yolun vacib hissəsini təşkil edəcək. Bununla da Anadolunun şimal-şərqində yerləşən dağlıq rayonları vasitəsilə yük daşımaları asanlaşacaq.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …